Dünya

Cənubi Koreya ilk dəfə olaraq KXDR-in dəniz sərhədi yaxınlığında raketlər atıb – VİDEO

Sharing is caring!

Cənubi Koreya qırıcıları Şimali Koreyanın ballistik raket buraxılışlarına cavab olaraq dəniz sərhəd xəttinin yaxınlığında açıq dənizə üç hava-yer raketi atıb.

Mərmilərdən biri 1950-1953-cü illər Koreya müharibəsi başa çatdıqdan sonra ilk dəfə Cənubi Koreya ilə faktiki dəniz sərhədini keçib.

Bunun nəticəsində KXDR ərazisində hava həyəcanı siqnalı işə düşüb.

Qeyd edək ki, bir müddət öncə Şimali Koreya cənub qonşusu istiqamətində 10-a yaxın ballistik raket atıb. Cənubi Koreya prezidenti Yun Sok-Yöl Şimali Koreyanın raket buraxılışlarını pisləyərək, dövlət sərhədinin faktiki olaraq pozulduğuna işarə edib və təcili tədbirlərin görülməsini əmr edib.

Bundan əlavə, o, hərbçiləri Şimali Koreyanın yüksək səviyyəli təxribatlarına hazır olmağa çağırıb.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir