Dünya

Tarixi zəfərimiz gürcüstanlı rəssamın əsərində – VİDEO

Sharing is caring!

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə müxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın əsas mövzusuna çevrilib. Zəfər Gününə həsr edilmiş filmlər hazırlanıb, musiqilər bəslənilib, rəsm əsərləri çəkilib.

Gürcüstanın Marneuli rayonunda yaşayan soydaşımız, rəssam Xəyalə Mustafayeva da müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədən sonra bu mövzuda çəkdiyi əsərlər haqqında “Baku TV”yə danışıb.

Zəfər Günü ilə əlaqədar gecə-gündüz çalışdığını deyən Xəyalə Mustafayeva gələcək planları və ən böyük arzusu barədə də söz açıb.

O, kətan üzərində 50-yə yaxın rəsm əsəri ərsəyə gətirdiyini qeyd edib. 

Məlumat üçün bildirək ki, rəssam soydaşımızın Qarabağ mövzusunda çəkdiyi əsərləri paytaxt Tbilisi ilə yanaşı, Gürcüstanın bəzi bölgələrində də nümayiş etdirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir