Dünya

Filippində qasırğa azı 121 nəfərin həyatına son qoyub – VİDEO

Sharing is caring!

Filippini cənginə almış “Naldji” tropik qasırğasından üç milyondan çox insan zərər çəkib.

Ölkənin Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Agentliyindən verilən məlumatda qeyd olunur ki, qasırğa 121 nəfərin həyatına son qoyub.

869 mindən çox insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.

Ən azı 103 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 36 nəfər itkin düşüb.

Təbii fəlakət Filippində nəqliyyat infrastrukturuna da ciddi zərər vurub, 480 yol və 121 körpü zədələnib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir