Dünya

Zelenski Nikolayev şəhərinə zərbələrin nəticələrini göstərdi: “Belə danışıqlar təklif edirsiniz?” – VİDEO

Sharing is caring!

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Nikolayev şəhərini atəşə tutmasının nəticələrini göstərib.

O, bununla bağlı görüntüləri öz “Telegram” kanalında paylaşıb.

Təhsil və tibb müəssisəsi, ikimərtəbəli yaşayış binası və fərdi yaşayış evləri düşmənin hücumuna məruz qalıb.

“Rusiya dünyası” ukraynalılara nə gətirir? Yaşayış binalarına, yataqxanalara, universitetlərə “S-300” raketləri gətirir. Ağrı, əzab və boşluq hissi gətirir.

Siz belə danışıqlar təklif edirsiniz? Terrorçular. Sizin kinli taktikanızın yeganə mümkün nəticəsi məğlubiyyət olacaq və bütün cinayətlərə görə ədalətli cəza alacaqsınız”, – deyə o qeyd edib.

Mənbə: RBC.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir