Dünya

“Zirə”nin legioneri: “Serbiyanın mundialda nəticə qazanacağına ümid edirəm”

Sharing is caring!

“Serbiyanın mundialda yaxşı nəticə qazanacağına ümid edirəm”.

Bunu “Report”a açıqlamasında “Zirə” klubunda çıxış edən serbiyalı futbolçu Nemanya Ancelkoviç bu il Qətərdə keçiriləcək dünya çempionatında ölkəsinin milli komandasının şansları barədə danışarkən deyib.

25 yaşlı müdafiəçi Serbiya yığmasının çox yaxşı komandaya malik olduğunu bildirib:

“Heyətdə çoxlu yaxşı futbolçular və Draqan Stoykoviç kimi baş məşqçi var. Onlar çox gözəl futbol oynayırlar”.

Ancelkoviç 5 qat dünya çempionu Braziliya ilə eyni qrupa düşdüklərini xatırladıb. O, bu milliyə qarşı müsbət nəticə əldə edəcəklərinə və yığmanın yaxşı oyun sərgiləyəcəyinə inandığını söyləyib.

Müdafiəçi son olaraq yarış ərəfəsində Azərbaycan Premyer Liqasında fasilənin olmamasına da toxunub:

“Dekabrın sonunadək oynamağımız bir az yorucu olsa da, Serbiyanın hər matçını izləyəcəyəm”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Serbiya Braziliya, İsveçrə və Kamerunla birlikdə G qrupunda mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir