Dünya

İsraildə parlament seçkiləri başlayıb

Sharing is caring!

Bu gün yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) İsraildə Knessetə seçkilər başlayıb.

Qeyd olunur ki, 6 milyondan çox İsrail vətəndaşı 12 495 seçki məntəqəsində Knessetə layiq bildiyi namizədlərə səs verəcək.

Seçki məntəqələrində və onların yaxınlığında 18 min polis əməkdaşı asayişi təmin edəcək.

Xatırladaq ki, bu son 3 ildə İsraildə keçirilən 5-ci parlament seçkiləri olacaq.

Mənbə: vesty.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir