Dünya

Quantanamonun ən yaşlı məhbusu azadlığa çıxdı – FOTO

Sharing is caring!

ABŞ-ın Kuba ərazisində yerləşən Quantanamo həbsxanasının ən yaşlı məhbusu Seyfullah Paraça həbsdən azad edilərək vətəninə – Pakistana qayıdıb.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Seyfullah Paraça oktyabrın 29-da Pakistana gəlib və artıq ailəsinin yanındadır.

Qeyd olunur ki, pakistanlının qaytarılması 2021-ci ilin mayında razılaşdırılsa da, proses bir ilə qədər uzanıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir