Dünya

Rusiyada səfərbərliyə çağırılanların məhkəmə prosesləri dayandırıla bilər

Sharing is caring!

Rusiyada “Edinaya Rusiya” partiyası Dövlət Dumasına yeni qanun layihəsi təqdim edib.

Qanun layihəsi səfərbər edilənlərə və könüllülərə qarşı məhkəmə və icra proseslərinin dayandırılmasını nəzərdə tutur.  

Bu barədə partiyanın Baş Şurasının katibi Andrey Turçak məlumat verib.

“Səfərbərliyə alınan vətəndaşlara çağırış vərəqəsi gəldikdə və ya cəbhəyə könüllü olaraq yazıldıqları zaman onlara qarşı məhkəmə və icra prosesləri dərhal dayandırılmalıdır. Müvafiq qanun layihəsi “Edinaya Rusiya” tərəfindən Dövlət Dumasına təqdim edilib”, – deyə Turçak “Telegram” kanalında yazıb.

O qeyd edib ki, hazırkı qanunvericilik səfərbər edilənlərin və könüllülərin döyüş bölgəsinə çatana qədər prosessual hüquqlarını qorumur.

“Eyni zamanda hərbi xidmətə çağırışla cəbhəyə getmə arasında xeyli vaxt keçə bilər. Bu müddət ərzində məhkəmə prosesləri dayanmır”, – deyə Andey Turçak vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir