Dünya

Vaşinqtona təklif: “Stiven Siqala qarşı sanksiya tətbiq edilsin”

Sharing is caring!

Vaşinqtona amerikalı aktyor Stiven Siqala qarşı şəxsi sanksiyalar tətbiq etmək təklif olunub.

Buna səbəb aktyorun Rusiyanı dəstəkləməsi olub.

Müvafiq tövsiyəni isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası verib.

Sanksiya təklifi ilə bağlı məktub ABŞ Dövlət katibi Antoni Blinkenə və Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə göndərilib.

Sənədi komissiyanın həmsədri Stiv Koen, konqresmen Co Vilson və Estoniya, Ukrayna, Aİ Parlamenti və Polşadan olan siyasətçilər imzalayıblar.

70 yaşlı Siqal Rusiya hakimiyyətinin siyasəti ilə razılaşdığına görə sanksiyalar tətbiq edilməsi nəzərdə tutulan altı mədəniyyət xadimi arasındadır.

Həmin siyahıda rusiyalı müğənni Filipp Kirkorovun da adının olduğu qeyd edilir.

Mənbə: Strana.today

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir