Dünya

Britaniyada yeni baş nazirin işə başlaması ilə ilk istefa

Sharing is caring!

Rişi Sunakın baş nazir vəzifəsinin icrasına başlaması fonunda Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Ceykob Ris-Moqq istefa verib.

Ris-Moqq əvvəllər hakim Mühafizəkarlar partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş baş nazir Boris Consonu dəstəkləyirdi.

Verilən məlumata görə, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrini itirəcəklər. Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib.

Çərşənbə axşamı Sunak Bukingem sarayında Böyük Britaniya kralı III Çarlz tərəfindən qəbul edilib.

Yeni baş nazir yaxın saatlarda kabinetinin tərkibini açıqlayacaq.

Mənbə: Sky News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir