Dünya

Kiyevə yollanan Almaniya prezidentinə verilən hədiyyədə gizli mesaj – FOTO

Sharing is caring!

Oktyabrın 25-də Ukraynaya genişmiqyaslı müharibədən sonra ilk səfərinə gələn Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə simvolik süsən buketi hədiyyə edilib. Ukraynalılar liderə eyham vurublar ki, onlar vəd edilmiş “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını gözləyirlər (süsən gülü Ukrayna dilində “iris” adlanır – red.).

Müvafiq fotolar “Ukrzaliznitsiya”nın (Ukrayna Dəmir Yolları) “Telegram” kanalında nümayiş etdirilib.

Məlumata görə, prezident Kiyevə qatarla yollanıb.

Kupedə masaya həmçinin üzərində “IRIS-T” hava hücumundan müdafiə sistemi əks olunan açıqcalar da olub.

Qeyd edək ki, Almaniya Kansleri Olaf Şolts daha əvvəl Ukraynaya yaxın gələcəkdə daha üç “IRIS-T” zenit-raket kompleksi veriləcəyini bildirib.

İlk belə kompleks artıq təhvil verilib. Ukraynanın Baş naziri Denis Şmıqal “İRİS-T” hava hücumundan müdafiə sisteminin cəbhədə nəticə göstərdiyini bildirib. Xüsusilə, sistem Kiyev vilayətində bir çox insanın həyatını xilas edib.

Mənbə: Obozrevatel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir