Dünya

İran Ukrayna ilə birbaşa danışıqlara getməyə hazır olduğunu dedi: “Biganə qalmayacağıq”

Sharing is caring!

İran Rusiyanı silahlandırmadıqlarına israr etməkdə davam edir.

“Rusiyanın Ukraynada İran istehsalı olan dronlardan istifadə etdiyi məlum olarsa, Tehran “biganə qalmayacaq”.

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin İran dronları ilə bağlı iddialarından sonra bu açıqlamanı verib. Belə ki, Zelenski Rusiyanın İrandan 2000-ə yaxın dron sifariş etdiyini bildirib və qeyd edib ki, bunlar Ukraynaya son hücumlarda istifadə edilən dronlardandır.

Hüseyn Əmir Abdullahian bu məlumatı təkzib edib.

“Ukraynadakı müharibə zamanı… biz həm Rusiya, həm də Ukraynanın silahlandırılmasının əleyhinəyik”, – deyə o videomüraciətində bildirib.

“Biz Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün heç bir silah və ya pilotsuz təyyarə verməmişik”, – deyə o, əvvəl verdiyi təkzibləri təkrar edib. Həmçinin etiraf edib ki, Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlıq mövcuddur.

İranın yüksək rütbəli diplomatı ölkəsinin bu məsələ ilə bağlı Ukrayna ilə birbaşa danışıqlar aparmağa hazır olduğunu təsdiqləyib. O qeyd edib ki, bu barədə Avropanın xarici işlər naziri Jozep Borrelə məlumat verib.

“Mən cənab Borrelə vurğuladım ki, əgər bizə Rusiyanın Ukraynaya qarşı müharibədə İran dronlarından istifadə etdiyi məlum olarsa, biz mütləq şəkildə bu məsələyə biganə qalmayacağıq”, – deyə o əlavə edib.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir