Dünya

Xorvatiya Prezidenti Pelosi ilə görüşməkdən imtina etdi

Sharing is caring!

Xorvatiya Prezidenti Zoran Milanoviç Krım Platformasının oktyabrın 25-də Zaqrebdə keçiriləcək ilk parlament iclasında ABŞ-ı təmsil edəcək Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşmək niyyətində deyil.

“Amerika səfirliyi görüş üçün müraciət etdi. Lakin artıq gec idi. Həmin gün alınmır. Pelosi icra hakimiyyəti nümayəndəsi deyil. Əgər ABŞ dövlət katibi gəlsəydi, mən yəqin ki, Zaqrebdə qalardım”, – deyə dövlət başçısı bəyan edib.

O, həmçinin iki həftə ərzində dünyada “hər şeyin dəyişəcəyini” əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir