Dünya

Ərdoğan: “Biz Füzuli və Zəngilan hava limanlarına regionun inkişafı üçün strateji addımlar kimi baxırıq”

Sharing is caring!

“Biz Füzuli və Zəngilan hava limanlarına regionun inkişafı üçün strateji addımlar kimi baxırıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra mətbuata açıqlama verərkən deyib.

O bildirib ki, Azərbaycana son səfəri zamanı azad olunmuş torpaqların minalardan təmizlənməsi üzrə işlərin sürətləndirilməsi qərara alınıb.

“Cümə axşamı Azərbaycana getdik və qardaşım İlham Əliyevlə işğaldan azad edilmiş rayonda tikilmiş Zəngilan hava limanının açılışını etdik. Əlaqələrimizin təsdiq sənədi olan Şuşa Bəyannaməsini məclislərimizdən ildırım sürəti ilə keçirərək yeni dövrün başlanmasını rəsmən qeydə aldıq. Regiona həyat gətirəcək daha bir addım olan minaların təmizlənməsi layihəmizi sürətləndirməyə qərar verdik. Biz təkcə Bakıda Maarif Vəqfi məktəblərinin rəsmi açılış mərasimini keçirməklə kifayətlənmədik, həm də Azərbaycan-Türkiyə Universitetinin təməlini qoyduq. Bütün bu hadisələri qiymətləndirməmək olmaz. Onların arxasında güclü siyasi iradə və nəticə əldə etmək əzmi dayanır”, – deyə Ərdoğan bəyan edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir