Dünya

Roman Boçkala: “Gələn il Ukraynanın 1991-ci il sərhədlərinə çatmaq üçün bütün şansları var” – Kiyevdən ŞƏRH

Sharing is caring!

“Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun gələn ilin ortalarına qədər ölkənin 1991-ci il sərhədlərinə çatacağı barədə dedikləri cəsarətli bəyanatdır. Mən də məhz belə olacağını gözləyirəm”.

Bunu ukraynalı hərbi jurnalist və ictimai xadim Roman Boçkala Oxu.Az-a şərhində bildirib.

Onun sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov, həmçinin ölkənin digər yüksək rütbəli hərbi-siyasi liderləri bu barədə danışıblar.

“Onlar yəqin məndən daha çox məlumatlıdırlar”, – deyə jurnalist əlavə edib.

Ekspert onu da vurğulayıb ki, bu ssenari üçün imkanlar mövcuddur, lakin onlar bir sıra paralel prosesləri əhatə edir.

“Məsələn, Rusiyanın daxilində nələr olacaq? Rusiya rəhbərliyi səfərbər edilmiş rusiyalılar əsasında döyüşə hazır ordu yarada biləcəkmi (söhbət əslində bir milyon nəfərdən gedir)? Dünyada hansı proseslər baş verəcək – başqa kataklizmlər, böyük silahlı münaqişələr mümkündürmü? Çin Tayvanla müharibəyə gedəcəkmi, Qərb müttəfiqləri Ukrayna ilə nə dərəcədə həmrəy olmağa davam edəcək və sair? Ancaq hazırkı “beynəlxalq pasyans” davam edərsə, Ukrayna getdikcə daha güclü, silahlanmış və motivasiyalı olmağa davam edəcək. Rusiya isə zəifləyəcək. Belə olan halda, mənə elə gəlir ki, 2023-cü ildə Ukraynanın 1991-ci il sərhədlərinə çatmaq üçün hər cür şans var”, – deyən R.Boçkala bunun Rusiya Federasiyasında mövcud rejimin dağılmasının (bütün sonrakı nəticələr, o cümlədən Rusiyanın ərazi bütövlüyünə təhlükə, siyasi elitaların dəyişməsi və s. ilə) xəbərçisi olacağını vurğulayıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir