Dünya

Alman alimləri: “Koronavirus 99,9% laboratoriyada yaradılıb”

Sharing is caring!

Bir qrup alman tədqiqatçısı Sars-CoV-2-nin insan tərəfindən yaradıldığına dair sübutlar tapdıqlarını iddia edirlər.

Onlardan biri, doktor Valentin Bruttel Sars-CoV-2 genomunda ilk anomaliyaları 2021-ci ilin yayında aşkar etdiyini bildirib.

“Nəticələrimiz göstərir ki, bu virus 99,9% təbii virusun süni surətidir”, – deyə alim bəyan edib.

V.Brüttel və onun həmkarları məlum süni yaradılmış virusların və onların təbii analoqlarının genomlarını müqayisə ediblər. Məhz bunun nəticəsində viruslardakı sünilik əlamətləri üzə çıxıb.

Yeni tədqiqat genetik təcrübələr zamanı koronavirusun Vuhandakı bir laboratoriyadan təsadüfən buraxıldığı nəzəriyyəsini yenidən gündəmə gətirib.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir