Dünya

ABŞ “Rosatom”a BAEA-nın beynəlxalq nazirlər konfransında iştirakı üçün viza vermədi

Sharing is caring!

ABŞ “Rosatom” və “Rostexnadzor” rəhbərliyinin nümayəndələrinə BAEA-nın “21-ci əsrdə nüvə enerjisi” beynəlxalq nazirlər konfransında iştirak etmək üçün viza verməyib.

Bu barədə “Rosatom” “Telegram” kanalı xəbər verib.

“Rosatom” və “Rostexnadzor” rəhbərliyinin nümayəndələrindən formalaşan Rusiya nümayəndə heyətinin şəxsən iştirak edəcəyi güman edilirdi. Nümayəndə heyətinin üzvlərinə ABŞ-a viza almaq üçün müraciətlər əvvəlcədən müəyyən edilmiş qaydada təqdim edilib. Bu günə olan məlumata görə, Rusiya nümayəndə heyətinin üzvlərindən heç biri Amerika vizası almayıb. Beləliklə, Amerika tərəfi faktiki olaraq Rusiyanın ABŞ ərazisində keçirilməsi nəzərdə tutulan BAEA-nın bu beynəlxalq konfransında iştirakına mane olub”, – deyə məlumatda qeyd edilir.

“Rosatom”dan bildirilib ki, onlar belə bir qərarı ABŞ-ın BAEA-ya qarşı hörmətsizliyi kimi dəyərləndirirlər. “BAEA ilə agentliyin himayəsi altında tədbirə ev sahibliyi edən dövlət arasında bağlanmış razılaşmaya əsasən, bu dövlət BAEA-yə üzv olan ölkələrin nümayəndələrinə öz ərazisində keçirilən tədbirdə iştirak etmək imkanını təmin etməyə borcludur. Təəssüflə bəyan etmək məcburiyyətindəyik ki, atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində tanınmış dünya lideri Rusiyanın adekvat iştirakı olmadan Vaşinqton konfransı bir çox cəhətdən öz mənasını itirir”, – deyə “Rosatom”dan qeyd edilib.

Həmçinin bildirilir ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçov tədbirdə videomüraciət formatında iştirak edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir