Dünya

Milli Məclisdən uzaqlaşdırılan İmran Xana siyasi qadağa qoyuldu: Tərəfdaşları küçələrə axışacaq

Sharing is caring!

Pakistanın Ali Seçki Komissiyası keçmiş baş nazir İmran Xana “xarici liderlərin və nümayəndələrin rəsmi hədiyyələrini qanunsuz satdığı üçün” siyasi qadağa qoyub.

Seçki komissiyasının yekdilliklə qəbul etdiyi qərara əsasən, İmran Xan “korrupsiya əməlləri”ndə təqsirli bilinib. Milli Məclisdən uzaqlaşdırılan İmran Xan 5 il ərzində heç bir dövlət vəzifəsində çalışa bilməyəcək.

Xan 140 milyon Pakistan rupisi (təxminən 635 min dollar) dəyərində dövlət hədiyyələrini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə satmaqda ittiham olunur.

Pakistan Ədalət Hərəkatının (PTI) İmran Xanla bağlı verdiyi açıqlamasında bildirilir ki, qərardan narazı qaldıqları üçün İslamabad Ali Məhkəməsinə müraciət ediləcək. Partiya tərəfdarları hətta küçələrə axışmağı da planlaşdırıb.  Xanın vəkillərindən biri olan Faysal Çaudri bildirib ki, seçki komissiyasının bu cür qərarlar qəbul etmək üçün qanuni səlahiyyəti yoxdur.

Qeyd edək ki, Pakistanda aprelin 10-da Parlamentdə baş nazir İmran Xan və hökumətinə etimad səsverməsi keçirilib. Onun hökuməti etimad səsi ala bilmədiyi üçün Xan tutduğu vəzifədən azad edilib. Aprelin 11-də Şahbaz Şərif baş nazir seçilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir