Dünya

Mask Medvedevin məzəli “Tvitt”inə reaksiya verdi – FOTO/VİDEO

Sharing is caring!

Amerikalı milyarder İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Böyük Britaniyanın baş naziri Liz Trassın istefası ilə bağlı zarafatına “Twitter” hesabında reaksiya verib.

“Düzünü desəm, çox yaxşı trolldur”, – deyə Mask Medvedevin postunun altında yazıb.

Məsələ burasındadılr ki, Britaniyada bukmeker kontorları Trassın kahı çürümədən təqaüdə çıxıb-çıxmayacağı barədə mərcə start veriblər. “Daily Star” qəzeti isə kahını və Liz Trassın şəklini yanaşı qoymaqla canlı yayım açıb. 

Kahının 35 gün ərzində tamamilə çürüyəcəyi güman edilib. Amma kampaniyanın bir həftəsi tamam olmamış baş nazir istefa verib.

Medvedev də “Twitter”də Trass üzərində qələbəyə görə kahını “təbrik edib”.

Qeyd edək ki, Trass oktyabrın 20-də istefa verdiyini açıqlayıb. Baş nazirin cəmi 44 günlük vəzifədə olması isə Britaniya tarixində ən qısa müddət kimi tarixə düşüb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir