Dünya

Hulusi Akar: “Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola işlərini davam etdirir”

Sharing is caring!

“Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola işlərini davam etdirir”.

“Report”un Cəbrayıla ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Azərbaycanlı qardaşlarımızın öz evlərinə dönməsi bizi məmnun edir”, – nazir vurğulayıb.

Nazir bildirib ki, müharibə bitdikdən sonra iqtisadi müharibə başlayır:

“Burada yol, körpü, dəmir yolları, hava limanlarının sürətlə tikildiyini gördük. Hər zaman dediyimiz kimi Azərbaycan heç vaxt yalnız deyil, biz iki dövlət, tək millətik. Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola işlərini davam etdirir. Bundan sonra gələcək həm təhlükəsizlik, həm də rifah baxımından yaxşı olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir