Dünya

Hindistanlı milyarder Dubayın ən bahalı villasını aldı

Sharing is caring!

Hindistanın ən varlı adamı hesab edilən milyarder Mukeş Ambani Dubaydakı ən bahalı villanı 163 milyon dollara  alıb.

Sahibkar “Palm Jumeirah” bölgəsində Küveyt maqnatı Məhəmməd Alşayın ailəsinə məxsus malikanəni əldə edib.

Bundan əvvəl də Ambani Birləşmiş Ərəb Əmirliklərinin məşhur kurort şəhərində daşınmaz əmlak alıb. 2022-ci ilin əvvəlində o, 80 milyon dollarlıq evə sahibi olub

Qeyd edək ki, varlı əcnəbilər Dubayda daşınmaz əmlak almaqda maraqlıdırlar. Belə ki, bu halda onlara 10 il müddətinə viza açılır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir