Dünya

Ərdoğanla Zelenski arasında danışıqlar aparılıb

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasından verilən açıqlamaya görə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan diplomatik həll variantının hər şəraitdə aktual olaraq qaldığını ifadə edərək, danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduqlarını bildirib.

Dövlət başçısı Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığına görə Ukrayna Prezidentinə təşəkkür edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir