Dünya

Rusiyadan Ermənistana ilk “hücum” – VİDEO

Sharing is caring!

Hazırda regionda gedən proseslər onu deməyə əsas verir ki, Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq üçün daha aktiv iş aparır. Əlbəttə ki, bu, Rusiya üçün qəbuledilməz gerçəklikdir. Lakin erməni cəmiyyətində anti-Rusiya ab-havası hazırkı Baş nazir Nikol Paşinyanın Soros Fondunun dəstəyi ilə ermənisayağı məxməri inqilabla hakimiyyətə gəlməsindən sonra alovlanıb. Dünənə qədər Rusiyanın yaxın dəstəyini hiss etmək istədiyini dilə gətirən Paşinyan hakimiyyəti artıq Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqına üzvlüyünün yanlış olduğunu bildirir. 

Görünən odur ki, erməni Baş nazir siyasi hakimiyyətini gücləndirdikcə bununla paralel Ermənistan iqtisadiyyatında Corc Soros və ona yaxın biznes dairələrinin mövqeyini gücləndirmək yolunda da ciddi iş aparır. 

İlk öncə onu qeyd edək ki, bu ölkənin Rusiyaya tarixən bağlılığı təkcə qarşılıqlı iqtisadi maraqlardan deyil, həm də siyasi olaraq yetkin dövlətə çevrilə bilməməsindən qaynaqlanır. Şəffaflıq Beynəlxalq Antikorrupsiya Mərkəzinin araşdırmasına görə, 1997-ci ildən bəri Rusiya Ermənistan iqtisadiyyatının enerji, bank, telekommunikasiya, nəqliyyat kanalları, mədən və digər sahələrdə – istər dövlət, istərsə də özəl şirkətlərində önəmli pay sahibidir. İşğalçılıq siyasəti ucbatından acınacaqlı duruma düşən Ermənistan əlində olanları Rusiyaya vermək məcburiyyətində qalıb. Məhz bunun nəticəsidir ki, hazırda Rusiyanın bir sıra böyük müəssisələri, o cümlədən “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar. Hazırda bu ölkənin iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.

İndi isə Rusiya-Ukrayna müharibəsi fonunda qocaman şimal ölkəsinin dalana dirənməsi dövranın çərxini dəyişib. Belə ki, son aylarda həm sərhədlərində, həm də Azərbaycanla münasibətlərin nizamlanmasında ümid yeri kimi Qərbi görən Ermənistana Rusiyadan ilk zərbə “Qazprom” vasitəsilə gəlib. Bu ölkəyə mavi yanacağın yeganə ixracatçısı olan Qazprom şirkəti müxtəlif bəhanə ilə nəqli dayandırıb.   

Ermənistanın Rusiyadan asılılığı təkcə iqtisadi sfera ilə yekunlaşmır. 2023-cü il üçün hərbi büdəcsinin 1 milyard ABŞ dolları olduğunu açıqlayan bir ölkədə 44 günlük müharibədə istifadə etdiyi, dəyəri milyardlarla ölçülən S-300, Toçka U, Skud, Elbrus, Uraqan yaylım atəşli raket sistemləri hər halda göydən düşməyib. Əhalisinin 23 faizdən çoxunun yoxsul olduğu, yalnız yardım fondlarının və beynəlxaq təşkilatların maliyyə dəstəyi ilə iqtisadiyyatını ayaqda saxlayan Ermənistana 30 il ərzində hərbi yardımlar edən ölkələrdən biri də Rusiya idi. 

Ekspertlər hesab edir ki, bu gün illərdir, sözün hər mənasında, ona arxa olan ölkəyə arxasını çevirən Ermənistana qaz şokundan sonra növbəti zərbə hərbi sektordan gələ bilər. Ermənistanın şimalındakı Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasında 5 minə yaxın hərbçi həm Ermənistanın təhlükəsizliyini təmin edir, həm də bu ölkənin ordusunu birtərəfli qaydada müxtəlif silahlara təmin edir. Putin Paşinyanın təşəbbüsü ilə Ermənistan sərhədinə gələcək Qərb missiyanı qarşılamaq üçün KTMT nümyəndələrini tələsik bu ölkəyə göndərdi. Hazırda gedən proseslər onu deməyə əsas verir ki, Rusiya qaz problemi ilə ölkədə sosial böhrana, Avropa missiyasının Ermənistan sərhədində fəaliyyətə başlaması ilə isə siyasi gərginliyə səbəb olacaq. 
Atalarımız yaxşı deyib: quyuya su tökməklə, dolmaz. Rusiya illərdir birtərəfli qaydada öz məqsədlərini təmin etmək üçün ermənilərə dəstək oldu. Lakin haylar boyunlarındakı ipdən qurtulmaqda israrlı görünür. Onlar indi də Qərbin qandalını qollarına vurmağa hazırlaşırlar. Lakin bu ermənilər üçün sonun başlanğıcı ola bilər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir