Dünya

Estoniya peyvənd nəticəsində sağlamlığa dəyən ziyana görə kompensasiya ödəyəcək

Sharing is caring!

Estoniyanın Səhiyyə Sığorta Fondu ölkənin 19 sakininə koronavirusa qarşı peyvənd nəticəsində sağlamlığa dəyən ağır zərərə görə kompensasiya ödəməyə qərar verib.

“17 halda ödənişlərin məbləği 2000 avro, iki halda 10.000 avro təşkil edir”, – fonddan bildirilib.

Ümumilikdə, sentyabrın sonuna olan məlumata görə, Estoniya sakinləri sağlamlığa ciddi zərərin ödənilməsi üçün 1554 ərizə veriblər.

Xatırladaq ki, Estoniya rəsmiləri və həkimləri vaksinasiyanı koronavirus infeksiyasının yayılması ilə mübarizənin ən təsirli yolu adlandırıblar. Lakin 2020-ci ilin payızına qədər əhalinin 70%-nin peyvəndlənməsilə bağlı səlahiyyətli orqanlar tərəfindən qarşıya qoyulan vəzifə yerinə yetirilməyib.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir