Dünya

Tehranda mollanın simvolik edamı – FOTO

Sharing is caring!

İranın paytaxtı Tehranda simvolik edam həyata keçirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Belə ki, İmam Əli körpüsündə molla qiyafəsində edam səhnəsi yaradılıb.

Fotonu paylaşan təşkilatçılar qeyd ediblər ki, edam qeyri-insani cəzadır və qanunlardan çıxarılmalıdır.

“Mollalar müasir qanunlarla mühakimə olunmalı və cəzalandırılmalıdır”, – digər paylaşımda vurğulanır.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan etiraz aksiyaları artıq bir aydan çoxdur ki, davam edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir