Dünya

Kiyevə kamikadze dronları ilə hücum: Əhaliyə xəbərdarlıq edildi – FOTO/VİDEO

Sharing is caring!

Səhər saatlarında Ukraynanın Kiyev şəhərində partlayışlar baş verib.

Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

“Bütün xidmətlər hadisə yerinə yollanır. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!” – deyə Kliçko insanları ehtiyatlı olmağa çağırılıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze dronlarla hücum edildiyini bildirib.

Çerkası şəhərində İran istehsalı olan kamikadze dron məhv edilib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir