Dünya

İranda ermənilərdən başqa, bütün milli azlıqlar sıxışdırılır – ŞƏRH

Sharing is caring!

“İranda sayı 40 milyona çatan azərbaycanlıların milli azlıq kimi adlandırılmasına istehza ilə yanaşıram. Çünki, İranda ən böyük etnik qrup azərbaycanlılardır”.

Bunu Baku.ws-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, İranda ermənilərdən başqa, bütün milli azlıqlar sıxışdırılır:

“Bu ölkədə soydaşlarımızın konstitusiya hüquqları hər addımda tapdalanır. İranda azərbaycanlıların öz dilində məktəb açması, kitab nəşr etməsi, televiziya və radio proqramları hazırlaması, demək olar ki, mümkünsüzdür. Hətta onlar konstitusiyanın 13-cü maddəsində milli azlıqlara öz dilində məktəb açmağa icazə versələr də, praktikada reallaşdırmağa gələndə bunu müxtəlif bəhanələrlə rədd edirlər. Üstəlik eyni məsələlərdə ermənilər üçün bütün hüquqlar təmin edilir. İranda erməni dilində orta məktəblər və 1 universitet fəaliyyət göstərir. Onların mədəniyyət müəssisələri və muxtar qurumları var. Ermənilər İran cəmiyyətində seçilmiş millət qəbul edilir və onlara hər sahədə yaşıl işıq yandırılır. Lakin azərbaycanlılar, türkmənlər, qaşqay türkləri, kürdlər və ərəblər ermənilərin bu ölkədəki hüququna malik deyillər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir