Dünya

2023-cü ilin Nobel Sülh Mükafatı İlham Əliyev və Nikol Paşinyana verilə bilər

Sharing is caring!

Bəzi diplomatik mənbələr iddia edirlər ki, 2023-cü il Nobel Sülh Mükafatının sülh sazişini imzalayacaqları təqdirdə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təqdim olunmasına qərar verilib.

Bu barədə Ermənistanın “Qraparak” qəzeti xəbər yayıb.

“İstisna edilmir ki, bu şayiələr buraxılır, belə ki, geosiyasi mərkəzlər tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar”, – mənbə yazır.

Xatırladaq ki, Alfred Nobelin vəsiyyətinə görə, Nobel Sülh Mükafatı bəşəriyyətə böyük fayda vermiş, xalqlar arasında qardaşlıq yaradan, orduların buraxılması və ya ixtisar edilməsində, sülhün təbliğində ən çox rol oynayan şəxsə verilməlidir.

1991-ci ildən etibarən mükafat dekabrın 10-da Norveçin Oslo şəhərində verilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir