Dünya

Zelenskidən Kiyevdəki partlayışlardan sonra AÇIQLAMA – VİDEO

Sharing is caring!

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki partlayışlardan sonra açıqlama verib.

“Müharibənin 229-cu günündə bizi məhv etməyə və yer üzündən silməyə çalışırlar. Zaporojyedə evlərində yatanları, Dneprdə və Kiyevə işləməyə gedənləri öldürdülər”, – deyə o bildirib.

Zelenski partlayışların baş verdiyi ərazilərdən video paylaşıb və insanlardan sığınacaqları tərk etməmələrini istəyib:

“Bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı dayanmır. Təəssüf ki, ölən və yaralananlar var. Çox xahiş edirəm, sığınacaqları tərk etməyin. Özünüzü və yaxınlarınızı qoruyun”.

Ukrayna mətbuatı səhər saatlarında Kiyev, Lvov və Dnepr şəhərlərində hücumların həyata keçirildiyini açıqlayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasında bildirib ki, Kiyevə atılan raketlərdən biri təhlükəsizlik xidmətlərinin yerləşdiyi küçəyə düşüb. Prezident Zelenskinin ofisi də bu bölgədə yerləşir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir