Dünya

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

Sharing is caring!

ABŞ administrasiyası İrana qarşı sanksiyaları genişləndirərək iki nazir də daxil olmaqla daha 7 məmurun adını siyahıya daxil edib.

Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri – Əhməd Vahidi və İsa Zarepurun adları Amerikanın “qara siyahı”sına salınıb.

“Məhdudiyyətlər İran hökuməti və təhlükəsizlik aparatında internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməyə davam edən yeddi məmura şamil edilib. Söhbət Vahidi və Zarepurdan başqa, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığının nümayəndələrindən gedir”, –  məlumatda qeyd olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir