Dünya

İsveçin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

Sharing is caring!

İsveç Dövlət Televiziyasında (SVT) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkəsinin ünvanına təhqiramiz ifadələr və görüntülərin yer aldığı proqrama görə İsveçin Ankaradakı səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, SVT-də proqramla bağlı Türkiyənin sərt reaksiyası səfirə çatdırılıb.

“Prezidentimizə və ölkəmizə qarşı hədsiz və çirkin ifadələrin, görüntülərin yolverilməz olduğu vurğulanıb, bu cür hadisələri ifadə və mətbuat azadlığı ilə izah etməyin mümkün olmadığı vurğulanıb”, məlumatda bildirilib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir