Dünya

2022-ci il Kimya üzrə Nobel mükafatı laureatları açıqlandı – FOTO

Sharing is caring!

Stokholmdakı İsveç Kral Elmlər Akademiyası 2022-ci ildə Kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bunlar amerikalı kimyaçı, Stenford Universitetinin professoru Karolin Rut Bertozzi, danimarkalı kimyaçı, Kopenhagen Universitetinin professoru Morten P. Meldal və amerikalı kimyaçı, 2001-ci il Nobel mükafatı laureatı Karl Barri Şarplessdir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.

Onlar mükafatlarını klik kimyası (ayrı-ayrı kiçik elementlərin öz aralarında birləşməsi ilə kimyəvi maddələrin daha sürətli və effektiv alınmasını ehtiva edən kimyəvi reaksiyalar – red.) və bioortoqonal kimyanın inkişafına görə alıblar.

Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. İlk qalib “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo olub. Fransız fiziki Alen Aspe, kvant mexanikası mütəxəssisi amerikalı Con Klauzer və avstriyalı Anton Zeylinger isə Fizika üzrə Nobel Mükafatına layiq görülüblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir