Dünya

Rusiyada səfərbərliyə etiraz: Hərbi komissarlıqları yandırmaq istədilər – FOTO

Sharing is caring!

Rusiyanın Kazan şəhərində 11-ci sinif şagirdi Sovetski rayon Hərbi Komissarlığını yandırmaq istəyib.

Məktəbli qız özü ilə götürdüyü üç “Molotov kokteyli”ndən ikisini binaya doğru atıb.

Onlar hədəfə dəyməyib və yalnız hərbi komissarlığın divarından bir neçə metr aralıda otları yandırıb.

Üçüncü “Molotov kokteyli” isə qız saxlanılarkən onun üzəridən tapılıb.

Məktəbli polisə izahatında bildirib ki, o, xüsusi əməliyyat və səfərbərliyə qarşı çıxaraq hərbi komissarlığı yandırmaq istəyib. Şagird polis bölməsində saxlanılır.

Krasnoyarskdakı hərbi komissarlığını da yandırmağa cəhd ediblər. Naməlum şəxs Sovetski və Çentralnı rayon hərbi komissarlığının binasına iki ədəd “Molotov kokteyli” atıb. Kiçik yanğın baş verib, yanğını binanı mühafizə edən polis söndürüb. Yanğın törədən şəxs tutulmayıb.

Mənbə: “BAZA” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir