Dünya

Danimarka Ukraynaya görə Rusiya səfirini XİN-ə çağırdı

Sharing is caring!

Rusiya səfiri Vladimir Barbin Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna Rusiya Federasiyasının Ukraynanın dörd bölgəsini ilhaq etmək qərarı səbəb olub.

Bu barədə Danimarka Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı Danimarka xarici işlər naziri Eppe Kofod fikrini bildirib. Nazir deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna vilayətlərinin bəzi hissələrini ilhaq etmək cəhdi “tamamilə dəlilikdir”.

“Ukraynanın şərqində keçirilən qondarma referendumlar heç bir legitimliyə malik deyil, beynəlxalq hüququn və tərəfdar olduğumuz bütün dəyərlərin pozulmasıdır. Danimarka Rusiyanın Ukraynanın sərhədlərini hərbi güclə dəyişdirmək cəhdini heç vaxt qəbul etməyəcək. Bu mesaj Kremlə tamamilə aydın olsun. Ona görə də Rusiya səfirini danışığa çağırmaq qərarına gəldim”, – deyə Kofod qeyd edib.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir