Dünya

Azərbaycan Ordusunun xüsusi təyinatlıları Ankarada təlimlərdə – FOTO

Sharing is caring!

Türkiyənin paytaxtı Ankarada “Əbədi Qardaşlıq-I Birləşmiş Xüsusi Təyinatlı Qüvvələr” təlimi keçirilib. Tədbirə Azərbaycan Ordusunun xüsusi təyinatlıları da qatılıblar.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” hesabından xəbər verib.

“Dost və qardaş ölkələrin ən sayılıb-seçilən qoşunları bir yerdə!” – qeydi ilə paylaşılan məlumatda təlimdə həmçinin Qətər, Qazaxıstan, Pakistan və Özbəkistandan olan xüsusi təyinatlıların da iştirak etdikləri vurğulanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir