Dünya

NATO-nun baş katibi təcili iclas çağırıb

Sharing is caring!

NATO-nun baş katibi Yens Stoltenberq Silahlar üzrə Milli Direktorlar Konfransının (CNAD) növbədənkənar iclasını çağırıb.

Bu barədə Şimali Atlantika Alyansının saytı xəbər yayıb.

Görüş zamanı Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nəticələri, NATO müttəfiqlərinin hərbi potensialı və sursat ehtiyatları, habelə bu sahədəki boşluqların aradan qaldırılması yollarının müzakirə edildiyi vurğulanıb.

Stoltenberq iclasdakı çıxışında tərəfdaşları silah ehtiyatlarını mümkün qədər tez doldurmağa çağırıb.

“NATO-nun hərbi arsenalının artırılması bizə Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək”, – deyə o, bildirib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir