Dünya

ABŞ Əfqanıstanı NATO-dan kənar əsas müttəfiq statusundan məhrum etdi – FOTO

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden Əfqanıstanın Şimali Atlantika Alyansı xaricində əsas müttəfiqləri siyahısından çıxarıldığını açıqlayıb.

Qərar Ağ Evin saytında dərc olunub.

Əfqanıstan 2012-ci ildə Prezident Barak Obamanın dövründə NATO-dan kənar ABŞ-ın əsas müttəfiqi statusunu alıb.

Bayden Kabili bu statusdan məhrum etmək planlarını iyul ayında, “Taliban” ölkədə hakimiyyəti ələ keçirdikdən təxminən bir il sonra elan edib.

Qeyd edək ki, ABŞ-ın NATO xaricində əsas müttəfiqi statusunu 19 ölkə daşıyır. Onların arasında Avstraliya, Misir, İsrail, Yaponiya, Cənubi Koreya, Braziliya və s. kimi ölkələr var.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir