Dünya

ABŞ səfiri Rusiya “referendum”u və səfərbərliyi barədə: “Bu, zəiflik və uğursuzluq əlamətidir”

Sharing is caring!

“Rusiyada səfərbərlik və Ukraynanın işğal olunmuş ərazilərində qondarma referendumlar Rusiya Federasiyasının zəifliyinin əlamətidir. Bu, eyni zamanda Rusiyanın açıq müharibədə uğursuzluğunun da göstəricisidir”.

Bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink öz “Twitter” hesabında yazıb.

“Saxta referendumlar və səfərbərlik Rusiyanın zəifliyinin, uğursuzluğunun əlamətləridir. ABŞ Rusiyanın Ukrayna ərazisini ilhaq etmək iddialarını heç vaxt qəbul etməyəcək”, – deyə diplomat qeyd edib.

Bundan əlavə, Brink vurğulayıb ki, ABŞ nə qədər lazımdırsa, o qədər də Ukraynaya dəstəyini və köməyini davam etdirəcək.

Mənbə: RBK-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir