Dünya

Türkiyənin kurort şəhərində meşə yanğını başlayıb – VİDEO

Sharing is caring!

Türkiyənin kurort şəhəri Muğlada meşəlik ərazidə yanğın başlayıb.

Marmaris rayonunda naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə daha geniş əraziyə yayılıb.

Təbii fəlakət bölgəsinə 15 helikopter, səkkiz təyyarə, 40 yanğınsöndürən maşın, 500 meşə işçisi cəlb edilib.

Səmanı bürüyən tüstü rayon mərkəzinin bir çox nöqtəsindən görünür.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir