Dünya

Si Cinpin: “Çin ordusu diqqətini müharibə hazırlığına yönəltməlidir”

Sharing is caring!

“Çin ordusu diqqətini müharibə hazırlığına yönəltməlidir”.   

Bu barədə Çin Prezidenti Si Cinpin milli müdafiə və hərbi islahatlar üzrə konfransda bildirib.

“Uğurlu islahatlar təcrübəsini ümumiləşdirmək və tətbiq etmək, yeni situasiyanı anlamaq, tapşırıqların tələblərini dərk etmək, diqqəti müharibə hazırlığına yönəltmək, həmçinin araşdırma və yeniliklər üçün cəsarətli olmaq lazımdır”, – deyə Çin lideri bildirib.

Konfransda Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının, Xalq Silahlı Qüvvələrinin və Hərbi Akademiyalarının yüksək rütbəli nümayəndələri iştirak edib.

Görüş zamanı Si Cinpin Çin ordusunun gücləndirilməsi istiqamətində islahatların aparıldığını da vurğulayıb.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir