Dünya

Şoyqu: “NATO-nun bütün peyk qrupları Ukraynada Rusiyaya qarşı döyüşür”

Sharing is caring!

“NATO-nun bütün peyk qrupları – 70-ə yaxın hərbi və 200-dən çox mülki peyk Ukraynanın maraqlarına uyğun fəaliyyət göstərir”.

Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Bütün NATO peyk qrupları bizə qarşı işləyir – 70-dən çox hərbi və 200-dən çox mülki peyk bölmələrimizin yerini kəşf etmək üçün çalışır. Sonra isə yüksək dəqiqlikli silahlar gəlir ki, son vaxtlar onların sayı hansısa yolla gizlədilməyə çalışılır. Bu da bizi təəccübləndirir”, – deyə nazir bildirib.

Şoyqunun sözlərinə görə, bu gün Rusiya Ukraynadan daha çox Qərblə, xüsusilə də NATO ilə müharibə aparır.

Mənbə: Ukraina.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir