Dünya

ABŞ-da yarış zamanı təyyarə qəzaya uğradı, pilot həlak oldu – VİDEO

Sharing is caring!

ABŞ-ın Nevada ştatının Reno şəhərində təyyarə qəzaya uğrayıb.

Hadisə illik Reno Hava Yarışları zamanı baş verib. Qəzada təyyarənin pilotu həlak olub.

Bu barədə Reno Hava Yarışları Assosiasiyasının rəsmi “Twitter” hesabında məlumat verilib.

“Biz təsdiq edə bilərik ki, yarış zamanı ölümlə nəticələnən qəza baş verib”, – deyə məlumatda bildirilib.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və ABŞ Mülki Aviasiya Federal Administrasiyası qəzanın araşdırılması üzrə işlərə başlayıb.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir