Dünya

Bayden Çinlə hərbi münaqişə vəziyyətində Tayvanın tərəfinə keçəcəyini vəd edir

Sharing is caring!

ABŞ Prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Tayvanı müstəqilliyə təşviq etmir, lakin Çinlə münaqişə vəziyyətində adanın yanında olmağa hazırdır.

“Biz ada ilə əməkdaşlığa baxmayaraq, Tayvanı Çindən müstəqillik əldə etməyə təşviq etmirik”, – deyə ABŞ lideri CBS telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, o qeyd edib ki, Tayvanla Çin arasında hərbi münaqişə yaranarsa, ABŞ adanı müdafiə edəcək.

Sentyabrın 6-da ABŞ Dövlət Departamenti Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsini təsdiqləyib. Bu, Prezident Co Bayden dövründə Tayvanın ən böyük müdafiə müqaviləsi olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir