Dünya

Putin: “Ukrayna ilə müharibənin tezliklə başa çatmasını istəyirik”

Sharing is caring!

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin tezliklə başa çatmasını istədiyini bildirib.

Bu barədə o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞAT) sammitində bildirib.

Putin vurğulayıb ki, Rusiya Ukraynadakı münaqişənin tezliklə başa çatması üçün hər şeyi edəcək.

O, Ukrayna tərəfini ittiham edərək, təəssüf hissi ilə bildirib ki, qarşı tərəf, Ukrayna rəhbərliyi danışıqlar prosesindən imtina edib və məqsədlərinə hərbi yolla çatmaq istədiyini açıqlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir