Dünya

Ərdoğan “Orta dəhliz”dən danışdı

Sharing is caring!

“Aydındır ki, bizim “Orta dəhliz” (Transxəzər beynəlxalq nəqliyyat marşrutu) adlandırdığımız təşəbbüs Qafqaz, Mərkəzi Asiya və Çin xəttində mühüm arteriya rolunu oynayan regionumuzda və onun hüdudlarından kənarda firavanlıq və sabitliyin bərqərar olmasında böyük rol oynayır”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 22-ci Zirvə görüşündə deyib.

O qeyd edib ki, Türkiyə son 20 ildə nəhəng nəqliyyat və infrastruktur sərmayələri ilə bu sahədə çox mühüm uğur əldə edib.

“Ölkəmizin şərqlə qərb arasında körpü rolunu oynaması bizə görünməmiş imkanlar təqdim edir.  Bu anlayışla təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, kənd təsərrüfatından turizmə qədər hər sahədə əməkdaşlığa hazırıq”, – deyə Ərdoğan bildirib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir