Dünya

Çində 200 metr hündürlüyündə bina 20 dəqiqəyə tamamilə yandı – FOTO/VİDEO

Sharing is caring!

Çinin Hunan əyalətinin Çanşa şəhərində hündürlüyü 200 metrdən çox olan binada yanğın baş verib.

Bu barədə ÇXR Mərkəzi Televiziyası xəbər yayılıb.

Hadisə yerindən çəkilmiş videogörüntülərə əsasən, yanğın binanın onlarla mərtəbəsini bürüyüb.

Bina 20 dəqiqə içində tamamilə yararsız hala düşüb. 

Həmin görüntüləri təqdim edirik:

Məlumata görə, binada 35 ton server yanacağı saxlanılıb.

Yanğın artıq söndürülüb, lakin ölən və yaralananların sayı hələlik məlum deyil.

İlkin ehtimallara görə, qurbanların sayı 100-ü keçə bilər.

Qeyd edilir ki, Çanşa şəhərinin mərkəzində yerləşən bina 2000-ci ildə tikilib. Bu, metropolda hündürlüyü 200 metrdən çox olan ilk göydələn idi.

Mənbə: Kazİnform, REAL

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir