Dünya

Rumıniyada Ukrayna taxılını daşıyan vaqonlar relsdən çıxıb – FOTO

Sharing is caring!

Rumıniyada Ukrayna taxılı yüklənmiş yük qatarının iki vaqonu relsdən çıxaraq aşıb.

Bu barədə dəmiryolu ilə yükdaşımaları üzrə milli operatorun məlumatında deyilib.

Qatar 30 vaqondan ibarət olub. Konstansa limanına doğru gedən qatarın taxıl daşıdığı bildirilib.

Qəza Mures mərkəzi rayonunda baş verib.

Qəzada xəsarət alan olmayıb. Qatarların hərəkəti bir neçə saatlıq dayandırılıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir