Dünya

Rusiya XİN: “Rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzərində işlər dayanmayıb”

Sharing is caring!

“Ermənistan və Azərbaycan sərhədində hazırda gərginliyin artmasına baxmayaraq, sülh müqaviləsinə hazırlıq üzrə işlər dayanmayıb. Bu, yəqin ki, əsas prioritetdir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi münaqişənin həlli üçün əsas olaraq qalır.

O qeyd edib ki, Rəsmi Moskva Bakı və İrəvanın atəşkəslə bağlı razılaşmaya əməl edəcəyini gözləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir