Dünya

III Karl qəzəbləndi: “Buna nifrət edirəm” – FOTO/VİDEO

Sharing is caring!

Böyük Britaniya Kralı III Karl mürəkkəbli qələmə görə əsəbini saxlaya bilməyib və söyüş söyüb.

Hadisə monarx Şimali İrlandiyanın Daun qraflığında rəsmi kral iqamətgahı olan Hillsboro qalasında ziyarətçilər kitabına qeyd yazarkən baş verib.

Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

Kadrlardan görünür ki, əvvəlcə III Karl səhv tarix yazıb, ancaq bunu başa düşərək köməkçisindən ayın tarixini soruşub. Sonra qələmin mürəkkəbi axıdaraq əlini ləkələdiyini görüb və əsəbiləşib.

“Aman Allahım, mən buna nifrət edirəm”, – deyən kral əşyanı kraliça-konsort Kamillaya ötürüb.

Dövlət başçısının xanımı qələmin axmaqda davam etdiyini görüb köməkçilərinə verib.

Monarx isə dəsmalı ilə əlinə yayılan mürəkkəbi silərək qəzəbli səslə deyib: “Mən bu lənətə gəlmiş şeyi istifadə edə bilmirəm… Hər dəfə eyni iyrənclik”.

Xatırladaq ki, 73 yaşlı III Karl sentyabrın 8-də anası II Elizabetin 96 yaşında vəfatından sonra Böyük Britaniya kralı olub. Kraliçanın dəfn mərasimi sentyabrın 19-na təyin edilib.

Mənbə: Sky News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir