Dünya

Rusiyada naməlum PUA yerə düşərək partladı: Yaralananlar var – VİDEO

Sharing is caring!

Stavropol diyarının Türkmən rayonunda pilotsuz uçuş aparatının yerə düşərək partlaması nəticəsində 5 nəfər xəsarət alıb. Onların arasında uşaq da var.

Məlumata görə, PUA Kendje-Kulak və Şəraxalsun kəndləri arasında qəzaya uğrayıb. Yerə düşən aparat alovlanıb. Yanğınsöndürən alovu söndürməyə çalışarkən partlayış baş verib. Hadisə nəticəsində yanğınsöndürənlərdən birinin göz nahiyəsi yanıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Daha üç yetkin şəxs və bir uşaq da yanıb. Zərərçəkənlərin hamısı yerli regional xəstəxanaya yerləşdirilib.

Hazırda qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb.

Mənbə: Mash

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir